Noyabrın 19-da Çində keçirilən Tramp-Putin-Si sammiti qlobal gündəmi zəbt etsə də, "Yeni Yalta" kimi təqdim olunan bu görüş dünyanı dəyişəcək razılaşmalarla yadda qalmadı. Böyük güclərin masaya əslində hansı problemlərlə oturduğunu və bu görüşdən kimin qalib ayrıldığını təhlil edirik.
Ermənistan müxalifəti Konstitusiya dəyişikliyi ilə bağlı referendum təklifini blokladı, Paşinyan isə parlamentin buraxılmasını masaya qoydu. Ekspert Vadim Dubnovun sözlərinə görə, "Paşinyan əslində Konstitusiyanı dəyişmək üçün yox, referendumu niyə keçirə bilmədiyini Bakıya izah etmək üçün çalışır".
Azərbaycanda müstəqil media susdurularkən hökumət 30 min manatlıq yeni müsabiqə elan edib. Şərt isə aydındır: "Müzəffər Ali Baş Komandan"dan və "Böyük Qayıdış"dan yazmaq. Bəs bu qrantlar əslində kimlər üçün nəzərdə tutulub?
Mingəçevirdə yaşayan Elçin Həsənzadə hər ay maaşının təxminən yarısını dərmana xərcləyir. Müsahibimiz deyir, ötənilki qiymətlərlə müqayisədə 15-20 faiz artım hiss edir. Rəsmi statistika Azərbaycanda əhalinin əczaçılıq xərclərinin artdığını göstərir.
Türkmənistanda subsidiyalı qiymətlərlə satılan ərzaq məhsullarının qıtlığı davam edir. Bəzi bölgələrdə sakinlər uzun növbələrdən, məhsul çatışmazlığından və hüquq-mühafizə orqanlarının təzyiqlərindən şikayətlənirlər.
Vaşinqton Ukraynaya NATO modelinə uyğun təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu açıqlayıb. ABŞ elçisi Cared Kuşner Moskvanın da bu ideya ilə razılaşa biləcəyini deyib, amma Rusiya bu iddianı şübhə altına alıb.