Sosioloq Sənubər Heydərova bildirir ki, BMT-nin Uşaq Konvensiyasına görə, uşağın həm öz mədəniyyətini öyrənmək, həm də təhsil almaq hüququ var və bunlar bir-birinə zidd olmamalıdır.
Türkiyədə Azərbaycanın İsraillə strateji işbirliyi və hicab qadağası iddialarının sərt tənqid olunmasına cavab olaraq, hökumətyönlü APA agentliyi Ankaranın İsraillə "gizli ticarətini" ifşa edən araşdırma dərc edib, lakin materialın çapı ilə silinməsi bir olub.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 6-da jurnalist Rauf Mirqədirovun 12 il əvvəl Türkiyədən Azərbaycana deportasiyası və burada dövlətə xəyanət ittihamı ilə həbs olunması barədə qərarını açıqlayıb.
Oktyabrın 6-da Ermənistan parlamentində hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatları ilə müxalif "Güclü Ermənistan" blokunun təmsilçiləri arasında əvvəlcə söz atışması, daha sonra isə əlbəyaxa dava baş verib.
"ToplumTV işi" üzrə 12 ildən 15 ilədək həbs cəzası almış doqquz jurnalist və ictimai-siyasi fəalla Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəfər Əhmədov arasında yenidən gərginlik yaşanıb.