Siyasi təhlilçi Araz Əliyev rəsmi Bakının regionda Türkiyə və İsrailin toqquşan maraqları arasında qaldığını hesab edir. Onun sözlərinə görə, Azərbaycanla Türkiyəni milli mənafelər birləşdirsə də, hökumət xarici siyasətini hakimiyyətin maraqları üzərində qurub.
Moskvanın Avropa demokratiyalarına qarşı kölgə müharibəsini gücləndirməsi fonunda Almaniyanın silahlı münaqişəyə cəlb olunma riski yaranıb. Belə bir xəbərdarlıqla oktyabrın 5-də ölkənin xarici kəşfiyyat rəhbəri çıxış edib.
Almaniyanın Baş Prokurorluğu Berlindəki "Rusiya Elm və Mədəniyyət Evi"nin fəaliyyətini araşdırır. Almaniya hökuməti bir ay əvvəl bu mərkəzi bağlayaraq onun əməkdaşlarını Rusiyaya deportasiya edib.
ABŞ Rusiyada ağciyər taunu şübhəsi ilə bağlı xəbərləri diqqətlə izləyir. Sibirdə, İrkutsk vilayətində 28 yaşlı laboratoriya əməkdaşının ölümündən sonra ABŞ-nin bəzi siyasi xadimləri Rusiyaya səfər məhdudiyyətlərinin qoyulmasına çağırırlar.